Azərbaycanda barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxslərə yeni hüquq verilir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxsin ərizə verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını tələb etmək hüququ müəyyən edilir.