17 Noyabr Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günüdür. Bu münasibətlə Respublika Perinatal Mərkəzində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbiri Mərkəzin direktoru Mehriban Abasqulliyeva açıq elan edib və həkimlik vəzifəsinin məhsuliyyətindən , çətinliyindən bəhs edərək həmkarlarına uğurlar arzu edib.
2011-ci ildən başlayaraq 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir.
Belə bir günün qeyd olunmasında əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.
Tədbir Uşaq reanimasiyası və intensiv terapiya bölməsinin müdiri Məryam Rzayevanın çıxışı ilə davam edib, vaxtından əvvəl doğulan və şağlamlığına qovuşan körpələrin fotolarından ibarət slayd video nümayiş etdirilib.
Bundan başqa uşaq neonatoloqu uzman həkim Fatmaxanım Osmanova, uşaq neonatoloqu Zeynəb Əliyeva, uşaq patologiyası şöbəsinin həkimi Pərvin Bəhram qızı ,mama - ginekoloq Lamiyə Quliyeva , uşaq reanimasiyasının baş tibb bacısı Məhbulə Qurbanova, uşaq nevroloqu Ülkər Mürsəlova mövzu barədə fikirlər irəli sürüblər.