Salyandakı ağır yol qəzasında ölən və yaralananların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanlar aşağıdakılardır:

1991-ci il təvəllüdlü Əkbərova Nübar Alışalı qızı

1999-cu il təvəllüdlü Hətəmova Fatimə Xalıq qızı

1994-cü il təvəllüdlü Mikayılova Püstəxanım Hafiz qızı

1991-ci il təvəllüdlü Bağırlı Səbinə Zülfüqar qızı

1997-ci il təvəllüdlü Məmmədova Aynur Mirzağa qızı

1990-cı il təvəllüdlü Məlikova Elnurə Xoşbəxt qızı

2003-cü il təvəllüdlü Zalıyev Səbuhi Rüfət oğlu

2000-ci il təvəllüdlü Səmədova Xanım Etibar qızı

2017-ci il təvəllüdlü Məmmədova Mələk Azad qızı

2018-ci il təvəllüdlü Məmmədova Nuray Azad qızı.

***21:02

Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi, 9-u qadın olmaqla) yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Salyanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.