Biləsuvar rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına çatdırılıblar. Onlara lazımi tibbi yardım göstərilib.
Pasiyentlərin dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.