“Biz artıq məktəblərdə qidalanmanı dövlət nəzarətinə götürməliyik”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İltizam Yusifov deyib. O xatırladıb ki, bu yaxınlarda məktəblilər dönərdən kütləvi zəhərlənib:
"Bu cəmiyyətdə, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kiçik siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunmalıdır. Bunu ilk olaraq pilot layihə kimi bir neçə rayon və şəhərdə başlayıb, sonradan ölkənin bütün məktəblərinə tətbiq edə bilərik”.
Anar Kəlbiyev