"Bir hissə pensiya yaşının aşağı olmasından, digər hissə isə yuxarı olmasından şikayətlənir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, təhsil, səhiyyə, elm sahəsində çalışanlar kifayət qədər müraciət edirlər: "Onlar 65 yaşında pensiya olmasını düzgün hesab etmirlər. Hesab edirlər ki, insanlar bu yaşda daha təcrübəli olur. Digərləri isə pensiya yaşının çox olduğunu və aşağı salınmasını deyirlər. Nazirlik, aidiyyəti komitə tərəfindən bununla bağlı statistika verilsin ki, hansı təbəqəni neçə faiz əhatə edir".
S.Novruzov qeyd edib ki, 5 uşaq olandan sonra müəyyən təminatlar nəzərdə tutulur: "Bu iki uşaqdan mərhələli şəkildə olsa yaxşı olar. Yəni, 3 olanda bir təminat, 4 olanda başqa təminat və belə davam edərsə, daha çox həvəsləndirmə yaradar. Bizdə "Qəhrəman ana" statusu mövcu idi və 10 uşaq olanda bu verilirdi. Çox az hallarda buna rast gəlmək olar. Bunun da sayını azlatmaq olar. Belə ki, 7-8 uşağı olana "Qəhrəman ana" statusu verilsin. Dünyaya 7-8 uşaq gətirmək, onları sağlam böyütmək və cəmiyyətə təqdim etmək qəhrəmanlıqdır".
Anar Kəlbiyev