Yevlax rayonunda Hepatit virusu aşkarlanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, rayonda Hepatit A virusu ilə bağlı ilk müraciət edənlər qaraçılar olub.

Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Mehriban Quliyevanın saytımıza açıqlamasında bildirib ki, virus daşıyıcıları əsasən 3-15 yaşlı uşaqlardır:

"Onların bir qismi müalicəyə cəlb olunsa da, müalicələrini hər zaman sonadək başa çatdırmaq mümkün olmur. Çünki  yayınırlar, istəmirlər. Qaraçılardan sonra digər şəxslər arasında da Hepatit virusu daşıyıcıları ortaya çıxıb. Onlar arasında həm uşaqlar həm də böyüklər var".

Ehtiram Muradov