Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” saytının direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Abbasovanın (Vaqifqızı) həbs edilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Unikal" xəbər verir ki, məhkəmənin qərarı ilə S.Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs tədbiri seçilib.
 

*** 19:52

Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Unikal" xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.