Noyabrın 22-də axşam saatlarında 10-XB-160 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edərək "Pirşağı" dəmir yolu stansiyasının 31-ci kilometrliyində uzunluğu təxminən 15 metr olan 4 ədəd çəpəri yerindən çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. 

Bildirilib ki, nəticədə hərəkətin təhlükəsizliyinə ciddi maneə yaranıb, ADY-yə məxsus infrastruktura ziyan dəyib.