Ermənistan Respublikasında müasir standartlara uyğun olaraq bütün xərcləri hökumət tərəfindən ödənilməli olan 8-ə qədər dövlət universiteti olmalıdır.
"Unikal" xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, bu gün Ermənistanda universitetin fiziki infrastrukturunun beynəlxalq standartlarına cavab verən nə özəl, nə beynəlxalq, nə də dövlət universiteti yoxdur: "Desək ki, biz Ermənistanda universitetlərə beynəlxalq standartlara uyğun lisenziya veririk və akkreditasiya edirik, bu o deməkdir ki, istisnasız olaraq bütün universitetlər bağlanacaq".
Ağarza Elçinoğlu