Ermənistan və Rusiya arasında 2020-ci il dekabrın 30-dan etibarən hökumətlər arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında saziş qüvvədədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu müqavilə Rusiya və Ermənistan telekanallarının Ermənistanda yayım şərtləri ilə bağlı münasibətləri tənzimləyir: "Çox aydın tənzimləmə var, ölkənin daxili işlərinə qarışmağa, daxili siyasi sabitliyi pozmağa cəhd etmək olmaz. Son aylarda dövlət qurumlarımız, Televiziya Yayımları Komissiyası və BNA Nazirliyi tərəfindən müəyyən problemlər qeydə alınıb ki, bu da bizə görə qeyd olunan məqamları pozur. Ermənistanla Rusiya Federasiyası arasında mövcud dostluq münasibətlərini və mövcud reallıqları nəzərə alaraq, BTA Nazirliyi bu vəziyyəti müzakirə etmək və nəticələrin nə olacağını başa düşmək üçün Rusiya tərəfini rəsmi məktubla məsləhətləşmələrə dəvət edib. Ümid edirəm ki, bu müzakirələr tez bir zamanda olacaq".