Ermənistanın baş naziri Ermənistanın Rusiyaya silah pulu ödədiyini, lakin ölkənin hələ də silahları çatdırmadığını təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyan bu məsələnin müzakirə olunduğunu bildirib.
"Təbii ki, belə problemlər var. Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri ödənilmiş pulun məbləği ola bilər, məsələn, Ermənistan Respublikasının Rusiya Federasiyasına olan borcunun azaldılması. Bu, yeganə variant deyil, lakin variantlardan biridir.
Amma bilirsiniz ki, Rusiyanın özünə silah lazımdır. Biz burada da onlarla işləməyə hazırıq və ümid edirəm ki, müzakirələr konkret nəticələr verəcək", - deyə Ermənistan lideri açıqlayıb.
Ağarza Elçinoğlu