Ermənistan tərəfi əsirlərin geri qayıtması üçün Azərbaycanla işləməyə hazır olduğunu bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
Paşinyan məhbus probleminin hökumətin gündəlik diqqət mərkəzində olduğunu açıqlayıb: "Danışıqlar bir istiqamətdir, üstəlik, biz məsələyə müstəsna humanitar xarakter verərək, Ermənistanda məhkum olunmuş azərbaycanlıları təkbətək əsasda öz məhbuslarımızla dəyişməyə hazır olduğumuzu bildirdik. Məhkumların qaytarılması istiqamətində işlər davam etdirilir".
O, məhbuslardan, onların yaxınlarından üzr istəyib ki, indiyədək heç bir uğur əldə olunmayıb.
Ağarza Elçinoğlu