"Tehran nüvə sazişi üzrə öhdəliklərinin çoxuna əməl etmir”
"Unikal" xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən MAQATE-nin Direktorlar Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib:
“Tehran Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəlikləri ilə bağlı bir çox tələbləri yerinə yetirmir. Buna görə də agentlik üçün problemlər yaranıb”.
Onun sözlərinə görə, İran uranın 60% zənginləşdirilməsinə hələ də davam edir. Direktorlar Şurasının dünənki iclasında Almaniya, Fransa və Britaniya bəyanatla İrandan sözügedən agentliklə əməkdaşlıq etməsini tələb ediblər.