Ermənistanın baş naziri Nikol Paşinyan yığılmış məsələləri tezliklə Rusiya Federasiyası ilə ən yüksək səviyyədə müzakirə edəcəyinə ümid edir.
"Unikal" xəbər verir ki, o bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü canlı yayımda Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin video suallarını cavablandırarkən deyib.
"Biz Ermənistan-Rusiya münasibətlərindən qarşılıqlı maraq və öhdəliklərə hörmət, suverenlik və müstəqilliyə hörmət gözləyirik. Ümid edirəm ki, yaxın gələcəkdə Rusiya ilə ən yüksək səviyyədə danışıqlar aparmaq imkanlarımız olacaq", - o qeyd edib.