Barselona Bələdiyyəsi Qəzzada tam atəşkəs əldə olunana qədər İsraillə bütün əlaqələri kəsməyə qərar verdiklərini açıqlayıb.
"Unikal" xəbər verir ki, Təl-Əvivlə qardaş şəhər razılaşması da dayandırılıb. Barselona Şəhər Şurası Qəzzada qəti atəşkəs elan olunana və əsas təhlükəsizlik təmin olunana qədər İsraillə bütün institusional əlaqələrin dayandırılması qərarını təsdiqləyib. Qərarda Fələstin xalqının hüquqları və Birləşmiş Millətlər Təşkilatının qətnaməsi vurğulanıb.
Mühafizəkar və ifrat sağçı partiyalar təklifə “yox” səsi versə də, digər partiya məclis üzvlərinin səsi ilə təklif qəbul edilib.
Qanun layihəsində həmçinin Qəzza zolağında Fələstin mülki əhalisinin kifayət qədər yanacaq, qida, su, dərman, tibbi ləvazimat və avadanlıq əldə etməsinə təminat verəcək humanitar dəhlizlərin yaradılması tələb olunur.
Qəbul edilən təkliflə İsraillə müqavilələrdə beynəlxalq humanitar hüquqa zidd olan bütün maliyyə və ya iqtisadi əməliyyatların həyata keçirilməyəcəyi vurğulanıb.
Həmçinin Fələstin torpaqlarının işğal olunduğu, müstəmləkə edildiyi və Fələstin xalqının ən elementar hüquqlarının yerinə yetirilmədiyi, ədalətli və davamlı sülhün bərqərar olması qarşısındakı bu əsas maneələrin aradan qaldırılması lazım olduğu qeyd edilib.
“Bu, müharibə deyil, soyqırımdır” deyən qətnamədə İsrailin hücumlarını qınamağın kifayət etmədiyi və tədbir görülməli olduğu da vurğulanıb.
"Barcelona suspends all relations with the Government of Israel. Human rights are defended by taking sides, not by turning a blind eye."
— Barcelona En Comú (@bcnencomu) November 24, 2023
Ada Colau's speech at Barcelona City Council. pic.twitter.com/UxOYlMHtCG