Belçika və İspaniya səfirləri yenidən İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bildirir ki, bu ölkələrin baş nazirlərinin bəyanatlarına görə diplomatlar “qəti etirazlarını” bildirəcəklər.
“The Times of Israel” qəzetinin yazdığına görə, bu gün Belçikanın baş naziri Aleksandr De Kroo və İspaniyanın baş naziri Pedro Sançes Rəfah keçid məntəqəsinə baş çəkib və Fələstin anklavında daimi atəşkəsə çağırıblar.
“Bu sözlərlə əlaqədar olaraq İsrailin xarici işlər naziri Eli Koen Belçika və İspaniya səfirlərinin sərt etirazlarını bildirmək üçün çağırılmasını əmr edib”, - deyə məlumatda bildirilir.