Qəzzada saxlanılan məhbuslar Rəfah Sərhəd Qapısına aparılmaq üçün sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidmətinin rəhbəri məlumat yayıb.
Onun sözlərinə görə, 13 israilli əsir, həmçinin 12 Tailand vətəndaşı Qəzzadan azad edilərək Qırmızı Xaç təşkilatına təhvil verilib.
"İsrailin də 39 fələstinli məhbusu azad edəcəyi gözlənilir", - məlumatda qeyd edilib.