Rusiya Ədliyyə Nazirliyi 2000-ci il mayın 17-dən 2004-cü il fevralın 24-dək Rusiya hökumətinin başçısı olmuş Mixail Kasyanovu  xarici agentlər siyahısına daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

2017-ci ildə Forbes Kasyanovu müasir Rusiya tarixində ən təsirli baş nazirlərdən biri adlandırmışdı. O, Rusiya Federasiyasından kənarda yaşayır.

Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Kasyanov “xarici agentlərin mesajlarının və materiallarının qeyri-məhdud insanlar dairəsinə yaradılmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb və həmçinin Ukraynadakı hərbi əməliyyata qarşı çıxıb və xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib. Bundan əlavə, o, Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür.

Xarici agentlərin reyestrinə tarixçi İlya Venyavkin , jurnalistlər İlya Davlyatçin və İdris Yusupov, həmçinin “Ludi” MMC də daxildir.

Eyni zamanda, “Sankt-Peterburq Rusiya PEN Klubu” ictimai təşkilatı ləğv olunduğu üçün reyestrdən çıxarılıb.

Noyabrın 17-də Ədliyyə Nazirliyinə “İşgəncələrə Qarşı Komanda”, “The Moscow Times” nəşri və aktrisa Yana Troyanova xarici agentlərin siyahısı daxil olub.