Yerin təkindən qanunsuz istifadənin qarşısının alınması istqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə tədbir təşkil edilib. Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadənin qarşısının alınması istiqamətində bundan sonra da tədbirlər davam etdiriləcək.