Latviya prezidenti gözlənilmədən Ukraynaya səfər edib.
"Unikal"
xəbər verir ki, Edqars Rinkeviç Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

O, Ukraynanın Latviyanın siyasi, iqtisadi, maliyyə və hərbi dəstəyinə arxalana biləcəyini vurğulayıb. Prezident həmçinin Kiyevin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasını dəstəklədiyini bildirib.

Bundan əlavə, Rinkeviçs Çerniqov vilayətində olub, burada Riqanın regionun bərpasına verdiyi töhfələrdən danışıb.