23-25 noyabr 2023-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik konfrans və kurslar təşkil olunub. 

"Unikal" xəbər verir ki, “MİPS BAKI - III Praktik Kurs”, ”Minimal və Endo-Vizual Ginekologiya”, “Sərhədsiz Ginekologiya - VII Konfrans”larinı əhatə edən proqamın ikinci günü uğurla yekunlaşıb. 

Beynəlxalq Elmi-Praktik konfransın açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, ardından Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Sonra isə Heydər Əliyevə həsr olunmuş videofilm nümayiş etdirilib. 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru prof. dr. Əziz Əliyev Ulu öndər Heydər Əliyevin bu sözləri ilə açılış nitqinə başlayıb. 

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Heydər Əliyevin yeni neft strategiyası və uğurla həyata keçirilən iqtisadi islahatlar ölkəmizin sosial-iqtisadi inkişafında böyük rol oynamışdır.  Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfədən danışıb. O, bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərinin ən bariz nümunələrindən biridir, əhalinin sağlamlığının mühafizəsinə, sağlam gələcəyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdır. Onun bu sahədə fəaliyyəti çoxşaxəli olub. Ulu Öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı qısa bir zamanda beynəlxalq arenada qabaqcıl mövqelərə çıxarıb. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bugün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fəxri qonağımız Milli Məclisin Səhiyyə komitəsin sədr müavini, deputat Rəşad Mahmudov bildirdi ki, belə konfransların keçirilməsinin çox böyük əhəmiyyətə malikdir. Bu günkü Azərbaycan hər bir vətəndaşımızı qürurlandırır. Cənab Prezidentin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" kimi qeyd olunur. Bu münasibətlə müxtəlif sahələrdə tədbirlər həayata keçirilir. Belə tədbirlərin keçirilməsində Azərbaycan səhiyyəçiləri öndə olub. Həkim kimi onu deyə bilərəm ki, Azərbaycan son yüz ildə heç olmadığı qədər böyük səhiyyə islahatlarının tam ortasındadır. Biz ayrı-ayrı sahələrdə çalışmağımıza baxmayaraq, tarixi hadisənin tam ortasında fəaliyyət göstəririk. Dövlətimizin başçısı tərəfinfən ortaya qoyulan bu siyasətə dəstək vermək onu daha da yüksəklərə qaldırmaq üçün görməli olduğumuz işlər çoxdur.

Çıxışının sonunda konfrans münasibətlə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyini, bütün kollektivi ürəkdən təbrik edib, bu iki təşkilat həm tibb təhsili sahəsində, həm də yüksək tib xidmədində uğurlu işlər gördüyünü vurğulayıb. 

Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru dos. dr. Asiman Həsənov bildirmişdir ki, Heydər Əliyev Azərbaycan üçün Azərbaycanın sosial-siyasi, iqtisadi həyatı üçün etdikləri göz qabağındadır. Hakimiyyətdə olduğu hər iki dövrdə gənc kadrların həm ölkə daxilində, həm ölkə xaricində yetişdirilməsində əvəzsiz rol oynamışdır. Bugün üçün Azərbaycan ictimaiyyətində, səhiyyəsində tədbirlər keçirilir. Bu tədbirlər Heydər Əliyevin arzusu idi. Heç də təsadüfi deyil ki, bu işlərin memarı olan Ulu Öndərimizin artıq yüzillik yubileyi tədbirlərində xarici qonaqların iştirakı ilə bu tədbirlər ölkəmizdə baş tutur. Bugünki konfrans isə bir çox xarici mütəxəssisləri, tibbə bir sıra metodologiyaları bəxş etmiş alimləri bir araya topladı. Mən də konfransın  işində sizlərə uğurlar arzu edirəm. Ümidvaram ki, tibbimizin inkişafın da və təhsilimiz üçün bu konfrans çox faydalı olacaq- deyə qeyd edib.

Çıxışının sonunda konfrans münasibətlə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyini, bütün kollektivi ürəkdən təbrik edib, bu iki təşkilat həm tibb təhsili sahəsində, həm də yüksək tib xidmədində uğurlu işlər gördüyünü vurğulayıb. 

Kofransın rəsmi hissəsi yekunlaşdıqdan sonra müvafiq mövzular üzrə sessiyalar başlayıb. Konfransın elmi hissəsində yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin təqdimatında çoxsaylı çıxışlar həyata keçirilib.  

Birinci və ikinci “Uroginekologiya” sessiyalarında PhD. Dr. Emmanuel Delorme, Prof. Dr. Mauro Cervigni, Prof. Dr. Diaa Rizk,  Prof. Dr. Fulya Dökmeci, PhD. Dr. Irakli Todua və  Dr. Nurbek Bukuevun çıxışları baş tutub. 

“Minimal invaziv ginekologiyanın təməlləri AMİC-lə birlikdə” sessiyasında  Prof. Dr. İslam Mahalov, PhD. Dr. Irakli Todua, Dr. Nurbek Bukuev, T.ü.f.d Dr. Şəmistan Alıyev, PhD. Dr. Yerlan Mukanov və Prof. Dr. Qurbanxan Müslümovun təqdimatları ilə iştirakçıların suallarını cavablandırıb. 

“Müasir ginekologiyanın actual problemləri – Kesar kəsiyinin neqativ təsirləri” sessiyasında PhD. Dr. Jakhongir Gafurov, PhD. Dr. Azat Karmyshev, T.ü.f.d. Dr. Sədi Allahverdiyev, Dr. Nigar Qədirova, T.ü.f.d. Dr. Nərgiz Şəmsəddinskaya və doğuşdan sonrakı psixoloji vəziyyət haqqında psixoloq Xanım Həsənova çıxış edib.  
 
“Ölkələrimizdə MİG xüsusi təcrübə - Anadangəlmə uşaqlıq yolunun aplaziyasıc və digər Müller axarının defektləri” sessiyasında Dr. Kadyrzhan Ussenov, Dr. Assem Aubakirova, Dr. Sabir Bayramov, Dr. Beka Metreveli, Dr. Alik Qurbanov və PhD. Dr. Turab Canbaxışov bu mövzuda olan təcrübələrini konfrans iştirakçıları ilə bölüşdülər.

Elmi-Praktik konfransın ikinci günü JW Marriott Absheron Baku otelində eyni anda iki fərqli zalında müxtəlif mövzuları əhatə edən çıxışlarla, 4 fərqli dildə tərcümə olunan məruzələrlə geniş iştirakçı kütləsini əhatə edib. 

Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi Beynəlxalq Elmi-Praktik konfrans və MİPS kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 27 DTT balı ilə qiymətləndirilmişdir.

#bakısağlamlıqmərkəzi #bakuhealthcenter #Gynecologyconference #MİPS