Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar yük maşınlarının hərəkəti yenidən məhdudlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.
Onun sözlərinə grə yüngülçəkili və sərnişin nəqliyyatının hərəkətinə icazə verilir.
Bundan əvvəl bildirilmişdi ki, Yuxarı Larsda bütün növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, çoxsaylı erməni yük maşınları Rusiya-Gürcüstan sərhədini keçib.