Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri arasında üçtərəfli görüş keçiriləcək. 

"Unikal" xəbər verir ki, görüşdə regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq sahələri və gələcək planlar müzakirə olunacaq. 

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Güler dünən Bakıya gəlib. 

Üçtərəfli görüş sonuncu dəfə Türkiyənin Qars şəhərində baş tutub. 

Ağarza Elçinoğlu