“Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi hadisədir. Bu gün həmin ərazilərin vaxtilə dəyişdirilməsi ilə əlaqədar addımları da müzakirə edəcəyik”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.

Komitə sədri bildirib ki, Ağdərənin yenidən Azərbaycana qayıtması xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir. Onu da qeyd edim ki, 2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq. Eyni zamanda azad edilən ərazilərdə bərpa quruculuq  işləri sürətlə davam edir”.

Anar Kəlbiyev