Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında I yeri əldə edib. 

Bu barədə "Unikal"a BANM-ın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib. BANM-in tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.