"1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sesiyasından Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edildi və yenidən yaradıldı. Həmin gündən 32 il bir gün keçir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Xocalının deputatı Elman Məmmədov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Deputat xatırladıb ki, o da həmin sesiyada iştirak edib: "Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl, yəni, 2 sentyabr 1991-ci ildə toplantı keçirib Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və "Artsax" dövləti yaratmışdılar. Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi".

Anar Kəlbiyev