Rusiya prezidenti Vladimir Putin güclü qara baxmayaraq Kremldə işə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Putin də digər moskvalılar kimi işə gedib", - Peskov jurnalistlərin Rusiya liderinin səhər işə necə getdiyi ilə bağlı sualını cavablandırarkən qeyd edib.
Peskov qışın hər il gəldiyini, hər il qar yağdığını, ona görə də qeyri-adi heç nə baş vermədiyini vurğulayıb.