Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Opel" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Avtomobildə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Xəsarət alanlar 24 yaşlı E.Əzizov və 20 yaşlı C.Eyvazovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Tural Əhmədov