“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını dəyişəcək, inkişafına böyük stimul olacaq.

"Unikal" xəbər verir ki, Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin baş planı hazırlanır.

Qeyd edək ki, Naxçıvan şəhərinin baş planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb.

Bu layihə təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad şəhərlərinin də baş planı hazırlanır. Xüsusilə qədim Ordubad şəhəri bir küçə, bir ölkə prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.