"İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari sığortadan kənardadır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Bu gün nə qədər analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir. Onkoloji dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin", deyə komitə sədri bildirib.

Anar Kəlbiyev