Gəncədə fərdi yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Belə ki sözügedən ünvanda yerləşən  ümumi sahəsi 54 kv metr olan  evdə yanğın olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili  və 40-a yaxın canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 10 kv metri yanıb.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb,evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
 

***20:27

Gəncədə yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub.

Tural Əhmədov