Bakıda, II Fəxri xiyabanda "Qaraheybət" faciəsində həlak olan şəxslərin xatirəsi yad edilib.

"Unikal" xəbər verir ki, qəzanın ikinci ildönümü ilə əlaqədar onların məzarları ziyarət olunub, gül dəstələri düzülüb.

Ziyarətçilər arasında şəhidlərin ailə üzvləri, DSX əməkdaşları, rəsmi şəxslər, hərbçilər və ictimaiyyət nümayəndələri var.

Fotolar: Ayxan Məlikov