"Ukrayna münaqişəsi daha çox sülh sazişinin bağlanması ilə deyil, Rusiya tərəfinin qarşıya qoyduğu bütün məqsədlərin reallaşması ilə bitəcək".

"Unikal" xəbər verir ki,  bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib. O, 2024-cü ildə Moskva ilə Kiyev arasında atəşkəs gözlənilmədiyini bildirib. 

Siyasətçi, həmçinin bildirib ki, ABŞ-nin Ukraynanı Rusiya hakimiyyəti ilə barışıq imzalamağa məcbur edə biləcəyini düşünmək üçün heç bir əsas yoxdur.

"Müharibə daha bir il də davam edəcək. Baxmayaraq ki, kəskin dönüşlərin ola biləcəyini və Moskva ilə Kiyevin sülh danışıqlarına başlaya biləcəyini heç vaxt istisna etmək olmaz. Eyni zamanda deyilənlər həm də o deməkdir ki, Rusiya tərəfinin heç bir güzəştə getmək niyyəti yoxdur və Rusiya-Ukrayna müharibəsi başlayan gün Rusiya prezidenti Vladimir Putinin qarşısına qoyduğu məqsədlər tam şəkildə həyata keçiriləcək. Rusiya və Rusiyanın hakim elitası üçün hazırkı Rusiya-Ukrayna hərbi münaqişəsinin təqdim olunduğu ideoloji dəstək Rusiyaya öz mövqeyindən bir santimetr belə əl çəkməyə imkan vermir.  

Bütün bunlar qlobal miqyasda bir şeyi ifadə edə bilər: Rusiya-Ukrayna müharibəsinin başlaması ilə xüsusilə aydınlaşan yeni qlobal “böyük parçalanma” dərinləşməkdə davam edəcək. Geosiyasi rəqabət və qarşıdurma da güclənəcək. Ola bilsin ki, iki düşərgə arasında yeni “dəmir pərdə” yaransın ki, bunu şərti olaraq “birqütblü dünya tərəfdarları düşərgəsi” və “çoxqütblü dünya tərəfdarları düşərgəsi” adlandıra bilərik. Təbii ki, bütün bunlar Ermənistan üçün yaxşı perspektivlər açmır. Nəzərə alsaq ki, hər şeydən asılı olmayaraq, Rusiya Ukrayna ilə hərbi qarşıdurmadan heç vaxt məğlub çıxmayacaq, çünki onun nüvə arsenalı var, bu heç vaxt unudulmamalıdır, o zaman Ermənistan yəqin ki, öz yanaşmalarını daha qabarıq göstərməli olacaq". 

Gülayə Mecid