Bu gün millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edərək seçiciləri ilə görüşüb və onları maraqlandıran məsələlərlə tanış olub.

"Unikal" xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində keçirilən görüşdə 30 nəfər seçicisini qəbul edən millət vəkili qaldırılan məsələlər ətrafında müzakirələr aparıb.

Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerində həll edilib. Həmçinin sosial və digər problemlərlə bağlı deputata müraciətlər edilib. Müraciətlər qeydiyyata alınıb və bəzi müraciətlərlə bağlı əlaqədar qurumlara müvafiq sorğuların göndəriləcəyi bildirilib. 

Sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların davam etdirilməsi nəzərdə tutulub.