Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 29-da Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.