Səudiyyə Ərəbistanı hökuməti əlavə könüllü neft ixtisarını 2024-cü ilin birinci rübünün sonuna qədər uzatmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən yerli SPA agentliyi məlumat yayıb .
Materialda qeyd olunur ki, söhbət neft hasilatının sutkada bir milyon barel azaldılmasından gedir. İlkin olaraq müvafiq qərar bu ilin iyulunda qüvvəyə minib, məqalədə aydınlıq gətirilir.
“Səudiyyə Ərəbistanı Krallığı bəzi OPEC+ üzv ölkələri ilə razılığa əsasən, könüllü azalma müddətini 2024-cü ilin birinci rübünün sonuna qədər uzadacaq”, – nəşrdə deyilir.
Bu qərara əsasən, gələn ilin mart ayının sonuna qədər Ər-Riyad gündə təxminən doqquz milyon barel neft hasil edəcək. Göstərilən müddətdən sonra krallıq bazardakı vəziyyəti nəzərə alaraq tədricən yanacaq istehsalının adi həcmlərinə qayıtmağa başlayacaq. Bu cür tədbirlərin qlobal enerji bazarında sabit mühitin saxlanmasına kömək edəcəyi gözlənilir.