Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Aşağı Güzdək qəsəbəsində yerləşən daş sexlərindən birində məişət tullantıların qalaqlanması faktı aşkar edilib. 

"Unikal" xəbər verir ki, faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.