Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri haqqında Ermənistana məlumat verilib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə ATƏT-in baş katibi Helqa Şmidlə görüşündə deyib.
O vurğulayıb ki, ermənilərin Qarabağı tərk etməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür: "Bu proses zamanı heç bir mülki şəxsə qarşı zorakılıq halı qeydə alınmayıb ki, bu da digər məsələlərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də təsdiqlənib. Erməni əhalisi bizim ərazimizi tərk edib, Ermənistan hakimiyyəti və onların nəzarətində olan separatçı rejim buna görə məsuliyyət daşıyır".
Ağarza Elçinoğlu