Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov geriləyiblər.
Rəcəbov 14-cü sıradan 27-yə, Məmmədyarov (hər ikisi 2723 xal) isə 16-cı pillədən 26-cı mövqeyə düşüb.
Rauf Məmmədov (2651) 9 pillə irəliləyərək 90-cı, Bakıdakı dünya kubokunda 4-cü olan Nicat Abasov (2641) 53-cü yerdən 98-ci sıraya enib.
Siyahıya son dünya kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk üçlüyü qapayır.