Çin 2011-ci ildə Böyük Britaniyaya təhvil verilmiş iki nəhəng pandanı geri alacaq.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında bağlanmış əməkdaşlıq sazişinə uyğundur.
“Nəhəng pandalar Yang Quan və Tian Tian müqavilənin müddəti dekabrda başa çatdıqdan sonra Çinə qayıdacaqlar. Çin nəsli kəsilməkdə olan növlərin və biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq tərəfdaşlarla, o cümlədən Böyük Britaniya ilə əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır” - Çinin XİN rəsmisi bildirib.
O əlavə edib ki, Çin heyvanları qarşılamağa hazırdır və onları səbirsizliklə gözləyir.
Çin Pekinin diplomatik strategiyasının bir hissəsi olaraq dünya zooparklarına pandalar bağışlayır. Bu zaman bir sıra şərtlər tətbiq olunur ki, onlardan biri də pandaların və onların balalarının Çinin məxsus olaraq qalmasıdır.