"Qətərə gəldiyimiz andan biz çempionluğa iddialı olduğumuzu bilirdik. Bu haqda ictimaiyyətə danışmaq istəməzdik, amma komanda daxilində buna inanırdıq. Səudiyyə Ərəbistanında məğlubiyyət bizi yıxdı. Çempionatın keçirilmə üsuluna görə istənilən rəqib çətin idi.
"Unikal" xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının qalibi olmaqları haqda danışarkən açıqlayıb.
36 yaşlı hücumçu deyib ki, Niderland, Braziliya və ya başqa yüksək səviyyəli komandalar olanda, əlbəttə ki, problemlər daha çox olur: "Amma Avstraliya da yaxşı rəqibdir. Amma ümumilikdə Argentina həmişə favorit olub".