İmişli rayon sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib. Belə ki, İmişli rayon sakini 47 yaşlı Vəliyev Niyaz Mikayıl oğlu adıçəkilən ünvanda quyuya düşüb.
O xəstəxanaya yerləşdirilib və həkimlərin apardığı tibbi müayinələrə baxmayaraq orada dünyasını dəyişib. Məlumata görə, ölən şəxs həmin ərazidə fəhlə kimi çalışırmış.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov