“Hizbullah” partiyasının silahlı qanadı Livanın cənubundakı Şebaa fermaları adlanan ərazinin işğal altındakı bölgəsində İsrail hərbçilərinə qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun Telegram kanalında dərc olunmuş mətndə deyilir.“İslam müqaviməti döyüşçüləri Şeba yüksəkliklərindəki Ruveysat bölgəsində İsrailin radar stansiyasına raket zərbəsi endirib, obyekt birbaşa zərbə ilə vurulub”, mətndə qeyd edilir. Burada İsrail hərbçilərin sıralarında ölən və yaralananların olduğu bildirilir.
"Əl-Hədəs" telekanalının məlumatına görə, İsrailin Şebaa yüksəkliklərindəki mövqelərinə səkkiz idarə olunan raket atılıb.