Kino, televiziya və musiqi dünyasının ən yaxşılarına verilən "Pantene Altın Kelebek" mükafatları 49-cu dəfə qaliblərini tapıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən möhtəşəm gecəyə məşhur adlar axın edib.
Çağla Şıkel və Cem Davranın təqdimatı ilə tamaşaçılarla görüşən 49-cu Pantene Altın Kelebek Mükafat Mərasimi qırmızı xalça paradı ilə başlayıb. Mərasimə qatılanlar zərifliyi ilə heyran qalıblar.