Azərbaycan Respublikası Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı 102 yaşlı Fatma Səttarova “bakteriyal pnevmaniya” diaqnozu ilə ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.

"Unikal" xəbər verir ki, yüksək tempratur, infeksiya göstəriciləri və oksigen çatışmazlığı kimi şikayətlərdən əziyyət çəkən xəstəmiz tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşub. 

Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyevin müalicəsini həyata keçirdiyi Fatma Səttarovanı şəfa ilə evə yazılıb.