Siyəzən rayonu, Səttar Xeyrulla, ev 40 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Aynur Hüseynova pişiklərə işgəncə verərək onları yandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. 

Bildirilir ki, sözügedən ünvanda yaşayan qadın pişiklərə xəsarət yetirərək onların fotolarını sosial şəbəkələrdə paylaşıb və yardım adı ilə ianə toplayıb.  

Hadisə yerinə yollanan heyvansevərlər ümumilikdə 25 pişiyi xilas edə biliblər. 

Faktla bağlı hazırda araşdırma aparılır.