Türkiyə ilə münasibətlər yaxşı səviyyədədir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyə səfirinin etimadnaməsini təqdimetmə mərasimində deyib. 

"Rusiyanın Türkiyə Respublikası ilə tərəfdaşlığı yüksək səviyyədədir və müxtəlif sahələrdə uzun illər səmərəli əməkdaşlığa əsaslanır. Hər iki tərəf qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Bütün əsas ikitərəfli məsələlər prezident Ərdoğanla müntəzəm təmaslarımızın gündəmindədir", - Putin bildirib.

O, Rusiyanın Türkiyə ilə enerji sahəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb: "Xüsusən qeyd etmək istərdim ki, enerji sektorunda Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən stratejidir, "Rosatom" Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikintisini davam etdirir". 

Ağarza Elçinoğlu