"Yeni türk pilotsuz təyyarəsi "KIZILELMA" Azərbaycan səmasında uçacaq".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Türkiyə yol tikintisi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Bağcı xatırladıb ki, Türkiyənin "Bayraktar" hücum PUA-ları artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalını artırıb:

“Bu PUA-lar artıq Azərbaycan səmasında uçur və onun təhlükəsizliyini təmin edir. Bununla belə, Türkiyə “KIZILELMA” pilotsuz təyyarəsini də hazırlayıb. Tezliklə Azərbaycan səmasında uçmağa başlayacaq. Türkiyə Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycanla əməkdaşlığı genişləndirir”.