UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.
"Unikal" xəbər verir ki, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.
Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.
Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıb.